BMT ayın sonuna pulsuz qala bilər – Quterriş elektrik enerjisinə qənaəti təklif edir

“Maliyyə sağlamlığımıza görə əsas məsuliyyət üzv dövlətlərin üzərinə düşür”

Birləşmiş Millətlər Təşkilatının (BMT) maliyyə defisiti 230 milyon dollara çatıb və oktyabr ayının sonuna qədər təşkilat pulsuz qala bilər.

AzNews.az-ın AFR-ə istinadən verdiyi xəbərə əsasən, bu barədə baş katib Antoniu Quterriş BMT katibliyinin 37 min əməkdaşına daxili məktubunda bildirib.

“Üzv dövlətlər 2019-cu ildə bizim müntəzəm büdcə əməliyyatları üçün tələb olunan ümumi məbləğin yalnız 70%-ni ödəyiblər. Bu, sentyabr ayının sonuna 230 milyon dollar həcmində pul vəsaitinin defisiti deməkdir. Bizdə cari ayın sonuna yaxın likvidliyin rezerv ehtiyatları olmaya bilər”, - deyə o yazıb.

Quterrişin sözlərinə görə, əməkdaşlara maaşın ödənilməsinə zəmanət vermək üçün “əlavə təcili tədbirlər” görülməlidir. Belə tədbirlər sırasında baş katib bir sıra konfransların və görüşlərin ləğvi, həmçinin rəsmi səfərlərin məhdudlaşdırılmasını və elektrik enerjisinə qənaəti də göstərib.

“Maliyyə sağlamlığımıza görə əsas məsuliyyət üzv dövlətlərin üzərinə düşür”, - deyə Quterriş vurğulayıb.

Qeyd edək ki, BMT-nin 2018-2019-cu illər üzrə əməliyyat büdcəsi, təxminən, 5,4 milyard dollar təşkil edir. Bu məbləğin 22 %-ni BMT-nin özü ödəyir.

AzNews.az