Çində partlayış: 9 ölü var

Xəstəxanada müalicə alan yaralıların sayı 10-dur

Çinin Ciansu vilayətinin Usi şəhərində yeməkxanada baş verən partlayış nəticəsində ölənlərin sayı 9-a çatıb.

Yerli KİV-lərə istinadla xəbər verilir ki, oktyabrın 13-də səhər vaxtı baş verən partlayışda ilkin olaraq 6 nəfərin öldüyü təsdiqlənmişdi. Təxminən 6 saatlıq axtarış işlərinin gedişində daha 3 nəfərin cəsədi tapılıb. Xəstəxanada müalicə alan yaralıların sayı isə 10-dur.

Qeyd edək ki, oktyabrın 13-də Usi şəhərinin Sişan rayonunda üçmərtəbəli binanın birinci mərtəbəsində yerləşən yeməkxanada qaz sızmasından güclü partlayış baş verib. Partlayış qonşu obyektlərdə, habelə yolun əks tərəfində yerləşən binalarda da dağıntıya səbəb olub.

Hadisə yerinə 21 yanğınsöndürən və təcili tibbi yardım avtomobili, mülki müdafiə bölmələrinin 200 nəfərlik heyəti cəlb edilib.

AzNews.az