Monarx IV Georqun tiarasını seçib Monarx IV Georqun tiarasını seçib

II Yelizaveta ilk dəfə parlament qarşısına tacsız çıxdı – VİDEO/FOTO

Monarx IV Georqun tiarasını seçib

II Yelizaveta ilk dəfə olaraq parlamentin açılış mərasiminə Britaniya imperiyasının Tacını taxmadan gəlib.

Bu barədə AzNews.azDaily Mail”ə istinadən xəbər verir.

Böyük Britaniya kraliçası parlamentin açılış mərasiminə monarxın tam libasında və bütün reqaliyalarla qatılıb, lakin belə bir vəziyyətdə ilk dəfə olaraq, o, yüngül tiaraya üstünlük verib. II Yelizaveta 1821-ci ildə yaradılmış IV Georqun tiarasını seçib.

Belə bir qərar, çəkisi bir kiloqramdan bir az artıq olan tacın ahıl yaşlarında olan Kraliça üçün artıq həddindən çox ağır olması ilə bağlı şayiələrin yaranmasına gətirib çıxarıb.

II Yelizaveta parlamentin açılışına oğlu Çarlz və onun həyat yoldaşı Kamillanın müşayiəti ilə qatılıb. Taxılmamağına baxmayaraq, kral reqaliyalarından biri olan Britaniya imperiyasının tacı mərasimdə iştirak edib – o, salona gətirilərək, Kraliçanın yanında masada qoyulub.

AzNews.az

image description image description image description image description