- Dünyanın halı
- 21 Oktyabr 2019 22:00
- 3 180
Zelenski keçmiş ”KVN”çiyə vəzifə verdi

Sivoxo vəzifəsinə növbəti həftədən başlayaq
Ukrayna prezidenti Vladimir Zelenski keçmiş "KVN"-çi və “Kvartlar 95”in prodüseri Sergey Sivoxonu Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının Donbassın bərpası və reinteqrasiyası məsələləri üzrə müşaviri vəzifəsinə təyin edib.
Sivoxo bu barədə “Facebook” səhifəsində yazaraq prezidentə təşəkkürünü bildirib:
“Bu, mənim üçün böyük məsuliyyətdir. Qarşıda çoxlu mürəkkəb və vacib işlər var. Dəstəyinizə çox inanıram. Sizi pis vəziyyətdə qoymayacağam”.
Sivoxo vəzifəsinə növbəti həftədən başlayaq.(qafqazinfo.az)
AzNews.az
