- Dünyanın halı
- 9 Noyabr 2019 17:00
- 3 651
İrandan Azərbaycana yeni təklif
Azərbaycan ilə İran arasında iqtisadi-ticari əlaqələri daha da inkişaf etməyin vacibliyi vurğulanıb
İRNA xəbər verir ki, bu barədə Çindəki Şanxay Beynəlxalq Sərgisi çərçivəsində Baş nazir müavini Şahin Mustafayev ilə İran Sənaye, Mədənlər və Ticarət naziri Rza Rəhmani arasındakı görüş zamanı bildirilib. Görüşdə iki ölkə arasında ticarət əlaqələrin daha da genişlənməsi qeyd olunub.
Ş.Mustafayev iki ölkənin dəmir və avtomobil yolları şəbəkəsinin birləşməsi, sənaye, o cümlədən birgə istehsalat sahələrində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd edib.
İranlı nazir R.Rəhmani də ikitərəfli sazişlərin yerinə yetirməyindən danışarkən, iki ölkə arasında güzəştli ticarət sazişinə daxil edilə biləcək malların eyniləşdirilməsini təkli edib.
Dövlət Gömrük Komitəsinin statistikasına əsasən, bu ilin yanvar-sentyabr aylarında İran və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 390,7 mln dollar təşkil edib. Bu da ki, ötən iıin müvafiq dövrü ilə muqaisədə 45,4% artıb. Hesabat dövründə İranın Azərbaycana ixracı 362,9 mln dollar təşkil edib ki, bu da illik müqayisədə 46,3% çoxdur. Yanvar-sentyabr aylarında İran Azərbaycandan 27,7 mln dollar dəyərində məhsul idxal edib. İllik müqayisədə İranın Azərbaycandan idxalında 34,6% artım qeydə alınıb.(report.az)
AzNews.az