Honkonqda bir müddətdir davam edən aksiyalar səngimək bilmir Honkonqda bir müddətdir davam edən aksiyalar səngimək bilmir

Honkonqda polisə yanar oxlarla hücum edildi - FOTOLAR

Honkonqda bir müddətdir davam edən aksiyalar səngimək bilmir

Etirazçılar yanar oxlarla polisə qarşı müqavimət göstərirlər. Bundan əvvəl isə asayiş keşikçilərinə mancanaqlarla kirəmitlər atılırdı.

Qeyd edək ki, Çinin Honkonq inzibati rayonunda ədalətdən gizlənən şübhəli şəxslərin Çinə, Makao bölgəsinə, Tayvana ektradisiyasını asanlaşdıran qanun layihəsinə etiraz olaraq kütləvi aksiyalar keçirilir. İddialara görə, yeni qanun Honkonqun avtonom idarə formasını və məhkəmə hakimiyyətinin müstəqilliyini zədələyəcək.

Layihə daha sonra qüvvədən düşmüş hesab edilsə də, mitinqçilər hazırda demokratik islahatlar keçirilməsi tələbi ilə etirazlara davam edirlər.(qafqazinfo.az)




AzNews.az