O, bir sıra Çin mallarına dekabrın 15-də tətbiq edilməli olan rüsumların ləğv olunduğunu təsdiqləyib O, bir sıra Çin mallarına dekabrın 15-də tətbiq edilməli olan rüsumların ləğv olunduğunu təsdiqləyib

Tramp: "ABŞ və Çin ticarət sazişinin birinci mərhələsini razılaşdırıb"

O, bir sıra Çin mallarına dekabrın 15-də tətbiq edilməli olan rüsumların ləğv olunduğunu təsdiqləyib

ABŞ prezidenti Donald Tramp bildirib ki, Çin Xalq Respublikası ilə ticarət sazişinin birinci mərhələsinin razılaşdırılmasından dərhal sonra tərəflər sazişin ikinci mərhələsinin şərtlərinin müzakirəsinə başlayacaqlar.

Bu barədə Ağ Ev rəhbəri özünün "Twitter"dəki səhifəsində yazıb.

"Biz 2020-ci il seçkilərinin (prezident seçkiləri-red) sonunu gözləmədən dərhal ticarət sazişinin ikinci mərhələsi üzrə danışıqlara başlayacağıq", - ABŞ lideri özünün "Twitter"dəki səhifəsində yazıb.

Bundan başqa, Tramp ticarət sazişinin birinci mərhələsi üzrə nailiyyətin əldə edildiyini deyib. O, həmçinin bir sıra Çin mallarına dekabrın 15-də tətbiq edilməli olan rüsumların ləğv olunduğunu təsdiqləyib.

"Biz çox böyük birinci mərhələ (Çinlə ticarət sazişi) üzrə razılaşmaya nail olduq, - ABŞ lideri qeyd edib.

"Cərimə rüsumları, hansılar ki dekabrın 15-də qüvvəyə minməli idi, sazişə nail olmağımızla bağlı tətbiq edilməyəcək", - deyə Tramp bildirib. (report)

AzNews.az