Tramp Ərdoğana heyrandır - ABŞ prezidentinin ən yaxın adamı etiraf etdi

"Onun səsində güclü və ürpərdici bir şey var”

ABŞ-ın “Washington Post” qəzetinin müxbirləri Filip Ruker və Karol Leoninq “Çox Sabit Dahi” (A Very Stable Genius) adlı kitab yazıb.

AzNews.az xəbər verir ki, həmin kitabda ABŞ prezidenti Donald Trampın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana münasibətindən danışılıb.

Müəlliflər Trampın Suriyadan çəkilmək barədə qərarı Ərdoğanla danışdıqdan sonra verdiyini yazıb. Kitabda bu qərarın ABŞ rəhbərliyindəki yüksək rütbəli şəxslər üçün gözlənilməz hadisə olduğu qeyd olunub:

“Suriyadan çəkilməyi qəti şəkildə rədd edən dövrün müdafiə naziri Ceyms Mattis mətbuata Trampın bu qərarını dəstəkləyirmiş kimi açıqlama verməkdən imtina etdi”.

Trampın adı açıqlanmayan köməkçilərindən biri kitab üçün açıqlama verib:

“Tramp uzun müddətdir Ərdoğana heyranlıq duyur. Xüsusilə, Ərdoğanın sərt siyasi temperamentindən və rəqiblərini asanlıqla məğlub etməyindən təsirlənir.

Trampın Ərdoğanın dərin və əmredici səsindən xoşu gəlir. Onun səsində güclü və ürpərdici bir şey var”, - deyə o bildirib.

Pərvanə