Bu barədə ÜST-ün baş direktoru brifinqdə bildirib Bu barədə ÜST-ün baş direktoru brifinqdə bildirib

Çindən kənarda koronavirusa yoluxanların sayı açıqlandı

Bu barədə ÜST-ün baş direktoru brifinqdə bildirib

Çindən kənarda yeni koronavirusa yoluxanların sayı 694 nəfərə çatıb, onlardan 3-ü dünyasını dəyişib.

AzNews.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus brifinqdə bildirib.

“Çin hökuməti koronavirusa 70 635 yoluxma halı, o cümlədən 1 772 ölüm halı haqqında məlumat verib. Son 24 saat ərzində Çin hökuməti klinik və laboratoriya üsulu ilə təsdiqlənmiş 2 051 yeni yoluxma halı barədə bildirib. Çin hüdudlarından kənarda ÜST 25 ölkədə 694 yoluxma halı və üç ölən haqqında məlumat alıb”, - baş direktor deyib.