Birdəfəlik ödənişi 7 milyona yaxın insan alacaq Birdəfəlik ödənişi 7 milyona yaxın insan alacaq

Bu ölkə sakinlərinə koronavirusa görə pul veriləcək

Birdəfəlik ödənişi 7 milyona yaxın insan alacaq

Honkonq hakimiyyəti koronavirusun baş verməsindən və etirazların təsirindən iqtisadiyyatı stimullaşdırmaq üçün bir yol tapıb.

AzNews.az xarici KİV-ə istinadla bildirir ki, yaşı 18-dən yuxarı olan hər bir yerli sakinə 10 min Honkonq dolları (1280 dollara yaxın) veriləcək. Birdəfəlik ödənişi 7 milyona yaxın insan alacaq.

Bu tədbir stimullaşdrma paketinə daxil olacaq və ümumilikdə Honkonq üçün 15,4 milyard dollara başa gələcək. Yerli administrasiyanın nümayəndəsi Pol Çan bəyan edib ki, bu ilin birinci rübünün yekununa görə 15 il ərzində ilk dəfə büdcə kəsiri qeydə alınacaq. O eyni zamanda əmindir ki, vəziyyət yalnız pisləşməyə doğru gedəcək.

Stimullaşdırıcı ödənişdən əlavə, yerli hakimiyyət gəlir vergisini azaltmaq istəyir. Bu təxminən iki milyon insana şamil ediləcək. Bundan əlavə, aztəminatlı 200 min ailə maddi yardım alacaq. Bunun üçün pul xüsusi yaradılan fonddan götürüləcək.