Bu barədə “Reuters” mənbəyə istinadən məlumat yayıb Bu barədə “Reuters” mənbəyə istinadən məlumat yayıb

“Boeing 737 Max” təyyarələrinin istehsalı bərpa edilir

Bu barədə “Reuters” mənbəyə istinadən məlumat yayıb

ABŞ-ın “Boeing” aerokosmik korporasiyası "Boeing-737 MAX" təyyarələrinin istehsalını may ayına qədər bərpa etməyi planlaşdırır.

AzNews.az xəbər verir ki, bu barədə “Reuters” mənbəyə istinadən məlumat yayıb.

Belə ki, “Boeing” bəzi təchizatçılardan aprel ayında “737 MAX” üçün hissələri tədarük etməyə hazır olmalarını istəyib.

Başqa bir mənbə qeyd edib ki, şirkət əvvəlcə təyyarələrin yığılmasını aprel ayında bərpa etməyi planlaşdırsada, koronavirusla bağlı vəziyyətə görə istehsalın başlamasını may ayına qədər təxirə salıb.

Xatırladaq ki, “Boeing 737 Max” tipli təyyarələrin 2018-ci il 29 oktyabr tarixində İndoneziyada 189 nəfərin ölümünə, 2019-cu il martın 10-da Efiopiyada 157 nəfərin ölümünə səbəb olan iki qəzadan sonra istismarı dayandırılmışdı.

İstehsalçı şirkət hər iki hadisədə təyyarələrin manevr qabiliyyətini tənzimləyən sistemdə nasazlıq yarandığını etiraf etmişdi.