Eyni diaqnoz hərbi qulluqçulardan birinin ailə üzvləri üzərində qoyulub Eyni diaqnoz hərbi qulluqçulardan birinin ailə üzvləri üzərində qoyulub

Ermənistanda koronavirus orduya keçdi - ETİRAF

Eyni diaqnoz hərbi qulluqçulardan birinin ailə üzvləri üzərində qoyulub

Ermənistan ordusunda koronavirusun yayılması barədə məlumat rəsmən təsdiqlənib.

AzNews.az bununla bağlı Musavat.com-a istinadən xəbər verir.

Ermənistanın müdafiə naziri David Tonoyan üç hərbçinin COVİD-19-a yoluxduğu barədə açıqlama verib.

“Martın 25-də döyüş tapşırıqlarını həyata keçirməyən hərbi hissənin üç hərbçisindən analiz götürülüb. Nəticədə hər üç hərbçiyə “koronavirus” diaqnozu qoyulub” - Tonoyan bildirib.

Müdafiə naziri deyib ki, bundan əvvəl eyni diaqnoz hərbi qulluqçulardan birinin ailə üzvləri üzərində qoyulub. Hərbçilər dərhal təcrid olunub və həmin hərbi hissə nəzarət altına alınıb. Bildirilir ki, hospitala yerləşdirilən hərbçilərin vəziyyəti qənaətbəxşdir və onlarda sətəlcəm əlamətləri yoxdur.

Qeyd edək ki, son günlərədək Ermənistan ordusunda koronavirusun yayılması barədə məlumatlar gizlədilirdi.