İspaniyada koronavirusdan ölənlərin sayı artdı

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub

İspaniyada son 24 saat ərzində koronavirusdan 812 nəfər ölüb.

AzNews.az xəbər verir ki, bununla ölkədə pandemiya qurbanlarının sayı 7 340-a çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Pərvanə