Tacikistan Xarici İşlər Nazirliyi bu gün yaydığı açıqlamada bildirib Tacikistan Xarici İşlər Nazirliyi bu gün yaydığı açıqlamada bildirib

Tacikistan sərhədlərini bağladı

Tacikistan Xarici İşlər Nazirliyi bu gün yaydığı açıqlamada bildirib

Tacikistan hakimiyyəti ölkədən çıxışı və girişi müvəqqəti dayandırıb.

AzNews.az-ın xəbərinə görə, Tacikistan Xarici İşlər Nazirliyi bu gün yaydığı açıqlamada bildirib ki, koronavirusun ölkəyə daxil olmasının qarşısının alınması məqsədilə bütün xarici ölkə vətəndaşları üçün ölkəyə giriş və çıxış bağlanıb.

Məlumatda o da qeyd olunur ki, məhdudiyyətlər xarici ölkələrin Tacikistanda akkreditə olunmuş diplomatlarına, beynəlxalq təşkilatların və maliyyə institutlarının nümayəndələrinə, həmçinin onların ailə üzvlərinə şamil olunmur.