Bunu ölkə Prezidenti Martin Viskara açıqlayıb Bunu ölkə Prezidenti Martin Viskara açıqlayıb

Bu ölkədə də fövqəladə vəziyyət rejimi uzadıldı

Bunu ölkə Prezidenti Martin Viskara açıqlayıb

Peru Respublikasında koronavirus səbəbindən karantin rejiminin müddəti mayın 24-dək uzadılıb və komendant saatı yumşaldılıb.

AzNews.az “RİA Novosti”yə istinadən bildirir ki, bunu ölkə Prezidenti Martin Viskara açıqlayıb.

“Biz koronavirus səbəbindən fövqəladə vəziyyət rejimini bazar gününədək, mayın 24-dək uzatmalıyıq”, - o deyib. Dövlət başçısının sözlərinə görə, karantinin bitməsi xəstəliyin yeni dalğasına gətirib çıxara bilərdi.

Ölkənin bir çox bölgələrində komendant saatının fəaliyyəti azaldılacaq. Əgər indi o, saat 18:00-da başlayır və 04:00-da bitirsə, mayın 11-dən o, saat 20:00-dan 04:00-dək olacaq.

Şimal bölgələrində isə o, əvvəlki cədvəlində qalacaq – 16:00-dan 04:00-dək.

Qeyd edək ki, indiyədək Peruda ümumilikdə 61,8 min koronavirusa yoluxma halı qeydə alınıb. 1 714 nəfər vəfat edib.