Özbəkistanda son sutkada daha 11 yoluxma faktı qeydə alınıb Özbəkistanda son sutkada daha 11 yoluxma faktı qeydə alınıb

Özbəkistanda koronavirusa yoluxanların sayı artdı

Özbəkistanda son sutkada daha 11 yoluxma faktı qeydə alınıb

Özbəkistanda koronavirusa yoluxanların sayı 2 336-ya yüksəlib.

AzNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Özbəkistanda son sutkada daha 11 yoluxma faktı qeydə alınıb.

Məlumata görə, ölkədə virusdan 10 nəfər ölüb, 1 775 pasiyent sağalıb.

Özbəkistanda karantin rejimi mayın 10-dək qüvvədədir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.