5214 xəstənin müalicəsi davam etdirilir 5214 xəstənin müalicəsi davam etdirilir

Ermənistanda bir gündə daha 460 nəfər yoluxdu

5214 xəstənin müalicəsi davam etdirilir

Ermənistanda koronavirusa yoluxanların sayı sutka ərzində daha 460 nəfər artaraq 8676-ya çatıb.

AzNews.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzin saytında məlumat verilib.

Xəstəlik səbəbindən həyatını itirənlərin sayı daha 7 nəfər artaraq 120-yə çatıb. Ümumilikdə 3297 pasiyent müalicə olunaraq sağalıb.

5214 xəstənin müalicəsi davam etdirilir, 56 042 insan isə koronavirus testindən keçib.

Qeyd edək ki, Ermənistanda epidemiyaya görə martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 13 iyuna qədər uzadılıb.