İspaniya və İtaliyada da oxşar addımların atılacağı deyilir İspaniya və İtaliyada da oxşar addımların atılacağı deyilir

Satılmayan şərablar koronavirusla mübarizədə istifadə olunacaq

İspaniya və İtaliyada da oxşar addımların atılacağı deyilir

Fransada şərab istehsalçıları maraqlı addım atıblar.

AzNews.az xəbər verir ki, onlar koronavirus pandemiyası səbəbindən anbarlarda qalan satılmayan şərablardan təmizləyici gel və dezinfeksiyaedici etanol tərkibli məhlul (tibbi etil spirti) hazırlayacaqlar.

“Guardian”ın yazdığına görə, ölkənin kənd təsərrüfatı qurumu “FranceAgriMer” koronavirus səbəbindən satılmayan 300 milyon litr şərabın olduğunu açıqlayıb.

ABŞ-ın ixrac olunan şərablara tətbiq etdiyi 25 faizlik verginin də satışların azalmasına təsir etdiyi bildirilir.

“FranceAgriMer” 33 paylama mərkəzində qalan 200 milyon litr şərabdan etanol və ya əl təmizləyici gel hazırlanması üçün icazə verildiyini açıqlayıb. Bildirilib ki, xərclər Avropa Birliyi tərəfindən ödəniləcək.

İspaniya və İtaliyada da oxşar addımların atılacağı deyilir.