Son 24 saat ərzində daha 712 pasiyent koronavirusun qurbanı olub Son 24 saat ərzində daha 712 pasiyent koronavirusun qurbanı olub

Ərəbistanda koronavirusa yoluxanların sayı 100 mini ötdü

Son 24 saat ərzində daha 712 pasiyent koronavirusun qurbanı olub

Səudiyyə Ərəbistanında koronavirusa yoluxanların sayı 100 mini ötüb.

AzNews.az “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Son sutka ərzində ölkədə 3 045 koronavirusa yoluxma halı qeydə alınıb. Bununla da xəstələnənlərin ümumi sayı 101 914-ə yüksəlib. Bundan əlavə, son 24 saat ərzində daha 712 pasiyent koronavirusun qurbanı olub. Xəstəlikdən ölənlərin ümumi sayı 72 817-yə çatıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında koronavirusla bağlı tətbiq edilən məhdudiyyətlər iyunun 21-də tamamilə aradan götürüləcək.