433 nəfər koronavirusdan ölüb 433 nəfər koronavirusdan ölüb

Koronavirusa yoluxan ermənilərin sayı 25 mini keçdi

433 nəfər koronavirusdan ölüb

Ermənistanda koronavirusa yoluxanların sayı 25 127 nəfərə çatıb.

Erməni KİV-lərinin yaydığı məlumatına görə, son sutka ərzində 482 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 7 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 433 nəfər koronavirusdan ölüb, 11 397 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyulun 13-dək uzadılıb.

AzNews.az