- Dünyanın halı
- 7 İyul 2020 23:28
- 3 355
ABŞ-ın ÜST-dən çıxacağı tarix məlum oldu

Rəsmi Vaşinqton 6 iyul 2021-ci il tarixindən etibarən Ümumdünya Səhiyyə Təşkilatından çıxacaq
Amerika Birləşmiş Ştatlarının Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxacağı vaxt açıqlanıb.
AzNews.az “TASS”a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreşə göndərdiyi məlumatda qeyd olunub.
Bildirilib ki, rəsmi Vaşinqton 6 iyul 2021-ci il tarixindən etibarən Ümumdünya Səhiyyə Təşkilatından çıxacaq.