Regional sülh, təhlükəsizlik və sabitlik üçün ortaq dəyərlərin qorunub saxlanması barədə razılığa gəliblər Regional sülh, təhlükəsizlik və sabitlik üçün ortaq dəyərlərin qorunub saxlanması barədə razılığa gəliblər

Ərdoğanla Putin arasında telefon danışığı olub

Regional sülh, təhlükəsizlik və sabitlik üçün ortaq dəyərlərin qorunub saxlanması barədə razılığa gəliblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

AzNews.az "Milliyet"ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi yazılı açıqlama yayıb.

Açıqlamada Türkiyə Prezidentinin rusiyalı həmkarı ilə Liviya və Suriya münaqişələrini müzakirə etdiyi deyilir:

"Görüşdə iqtisadiyyat başda olmaqla ikitərəfli münasibətlərin inkişafına dair addımlar və COVİD-19 epidemiyasına qarşı mübarizədə əməkdaşlıq məsələləri, Liviya və Suriyadakı hadisələr, həmçinin regional məsələlər müzakirə olunub. Cənab Prezident və cənab Putin iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi, eləcə də regional sülh, təhlükəsizlik və sabitlik üçün ortaq dəyərlərin qorunub saxlanması barədə razılığa gəliblər", - deyə açıqlamada bildirilir.

Pərvanə