Moldova XİN Azərbaycana dəstək bəyanatı yaydı

Moldova XİN həlak olanların ailələrinə başsağlığı verib

Moldova Xarici İşlər Nazirliyi Azərbaycan-Ermənistan sərhədində baş verən silahlı qarşıdurma ilə əlaqədar bəyanat yayıb.

AzNews.az xəbər verir ki, bəyanat Moldova XİN-in rəsmi saytında dərc edilib.

Moldova XİN həlak olanların ailələrinə başsağlığı verib və tərəfləri güc tətbiq etməkdən çəkinməyə, vəziyyətin kəskinləşməsinin qarşısını almaq üçün səyləri davam etdirməyə və beynəlxalq hüququn prinsip və normalarına hörmət əsasında uzunmüddətli siyasi həll yolu tapmağa çağırıb.

“Moldova Respublikası münaqişənin Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində, suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında sülh yolu ilə həll edilməsinin tərəfdarıdır”, - bəyanatda bildirilib.