- Dünyanın halı
- 5 Avqust 2020 23:46
- 3 176
ÜST-dən koronavirusla bağlı son rəqəmlər

Son 24 saat ərzində daha 5 116 nəfər koronavirusun qurbanı olub
Dünyada son sutka ərzində koronavirusa yoluxanların sayı 206 709 nəfər artaraq 18 354 342-yə yüksəlib. AzNews.az bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Bundan əlavə, son 24 saat ərzində daha 5 116 nəfər koronavirusun qurbanı olub. Bununla da koronavirusdan ölənlərin sayı 696 147-yə çatıb.
Qeyd edək ki, ÜST martın 11-də koronavirusu pandemiya elan edib.