Çində koronavirusla bağlı son vəziyyət

Ümumilikdə 79 168 xəstə sağalıb

Çində son sutka ərzində daha 23 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb.

AzNews.az bildirir ki, bu barədə “worldometers.info”da məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 84 619-a çatıb, ölənlərin sayı əvvəlki kimi 4 634-dür.

Ümumilikdə 79 168 xəstə sağalıb. Ölkədə 817 aktiv koronavirus xəstəsi var ki, onlardan da 43-nün vəziyyəti ağır qiymətləndirilir.