- Dünyanın halı
- 18 Avqust 2020 22:43
- 3 597
“Oracle” “TikTok”u almaq niyyətindədir

Şirkət “TikTok” servisində pay almaq üçün danışıqlara başlayıb
ABŞ-ın “Oracle” İT şirkəti Çinin “ByteDance” şirkətinin yaratdığı “TikTok” servisində pay almaq üçün danışıqlara başlayıb.
AzNews.az FT-yə istinadən xəbər verir ki, mənbələrə görə keçirilən ilkin danışıqlar zamanı həmin servisin ABŞ, Kanada, Avstraliya, Yeni Zelandiyadakı əlavələrinin “Oracle” tərəfindən satın alınması müzakirə olunub.
Mənbələr “Oracle”ın “ByteDance” şirkətində pay sahibi olan “General Atlantic”, “Sequoia Capital” kimi şirkətlərlə bundan əvvəl çalışdığını da qeyd ediblər.