Lukaşenko əlində avtomatla hərəkət edir - Video

Kadrlardan görünür ki, avtomatın darağı yoxdur

Minskdə Müstəqillik sarayının ərazisində Belarus prezidenti Aleksandr Lukaşenkonun vertolyotu eniş edib. Dövlət başçısı nəqliyyat vasitəsindən bronjiletdə və əlində avtomatla çıxıb.

AzNews.az bildirir ki, həmin anın videosunu Belarus liderinin Mətbuat Xidmətinə yaxın olan “Pul pervoqo” teleqram kanalı yayımlayıb.

Kadrlardan görünür ki, avtomatın darağı yoxdur.

Qeyd edək ki, Minskdə çoxminlik etiraz aksiyaları davam edir, onların iştirakçıları avqustun 9-da keçirilən prezident seçkilərində səslərin yenidən hesablanmasını, həmçinin yeni səsvermənin keçirilməsini tələb edirlər.

Hansısa məqamda müxalifətçilər dövlət başçısının iqamətgahına yaxınlaşsa da, güc strukturları əməkdaşları və xüsusi texnikalar vasitəsilə onların qarşısı alınmışdı. Bundan sonra etirazçılar daha əvvəl toplaşdıqları əraziyə - "Minsk - qəhrəman şəhər" abidəsi tərəfə yollanmışdı.