ABŞ-ın neft sektoru “Laura” qasırğasına hazırlaşır

Gündəlik 1,56 milyon barel həcmində hasilat işləri dayandırılıb

Meksika körfəzinin sahillərinə yaxınlaşan "Laura" qasırğasına hazırlaşan ABŞ-ın neft şirkətləri Texas və Luisiana ştatlarının sahilboyu ərazilərində hasilatı azaldaraq neftayırma müəssisələrinin fəaliyyətini dayandırır.

AzNews.az “Reuters”ə istinadən xəbər verir ki, indiyə qədər regiondan 310 dəniz hasilatı qurğusu təxliyyə olunaraq gündəlik 1,56 milyon barel həcmində hasilat işləri dayandırılıb.

Bu da şelf yataqlarındakı hasilatın 84 %-i deməkdir. 2005-ci ildə Katrina qasırğası ərəfəsində isə hasilatın 90 %-ə yaxını dayandırılmışdı.

Texas və Luiziana hakimiyyət orqanları sahilboyu ərazilərdəki əhalini içəri bölgələrə köçməyə çağırıblar. Belə ki, bu gün gecə, yaxud cümə axşamı səhər saatlarında sahilə çatacağı gözlənilən "Laur"a qasırğası zamanı küləyin 185 km/saatadək güclənə biləcəyi bildirilir.

Bundan əvvəl Missisipi və Luisianada, habelə texasın 23 qəzasında fövqəladə vəziyyət elan edilmişdi.