Makkenzi Skottun sərvəti bununla da 68 milyard dollara çatıb Makkenzi Skottun sərvəti bununla da 68 milyard dollara çatıb

Dünyanın ən varlı qadını o oldu

Makkenzi Skottun sərvəti bununla da 68 milyard dollara çatıb

“Bloomberg” dünyanın ən varlı qadınlarının adlarını açıqlayıb.

AzNews.az xəbər verir ki, ilk pillədə “Amazon” şirkətinin rəhbəri Ceff Bezosun keçmiş həyat yoldaşı Makkenzi Skott dayanır. Cütlük 2019-cu ildə boşandıqdan sonra Skott “Amazon” şirkətinin dəyəri 38 milyard dollar olan 4%-lik pay alıb. Makkenzi Skottun sərvəti bununla da 68 milyard dollara çatıb. O, dünyanın ən varlı insanları siyahısında isə 12-ci yeri tutur.

Reytinq cədvəlinin ikinci sırasında “L'Oreal” parfümeriya və kosmetika brendinin sahibi Fransuaza Bettankur-Mayers qərarlaşıb. Onun ümumi sərvəti 66,8 milyard dollar dəyərləndirilir.