- Dünyanın halı
- 5 Sentyabr 2020 19:23
- 2 739
Minskdə tələbələr və müəllimlər etiraz aksiyası keçirdi
Aksiyada 200-ə yaxın insan iştirak edib
Belarusun paytaxtında Minsk Dövlət Linqvistik Universitetinin tələbə və müəllim heyətinin işitakı ilə etiraz aksiyası baş tutub.
AzNews.az “TASS”a istinadən bildirir ki, orada 200-ə yaxın insan iştirak edib.
“Vesna” hüquq müdafiəsi mərkəzi aksiya zamanı hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən 26 tələbənin saxlanıldığını bildirib. Onlardan 25-i oğlan, 1-i isə qızdır.
Qeyd edək ki, Belarusda etirazlar 9 avqustda baş tutan prezident seçkilərindən sonra başlayıb. Aksiya iştirakçıları səsvermənin saxtalaşdırılmasına qarşı kütləvi etirazlar edirlər.