Yaxın günlərdə əfqanıstanla da bağlı bəyanat veriləcək Yaxın günlərdə əfqanıstanla da bağlı bəyanat veriləcək

ABŞ İraqdakı hərbçilərinin sayını azaldacaq

Yaxın günlərdə əfqanıstanla da bağlı bəyanat veriləcək

ABŞ sentyabrın sonunadək İraqdakı hərbi kontingentinin sayını üçdə birdən çox azaldacaq.

AzNews.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə ABŞ Mərkəzi komandanlığının rəhbəri Kennet Makkenzi bildirib. Onun sözlərinə görə, amerikalı əsgərlərin sayı təxminən 5,2 mindən 3 minədək ixtisar olunacaq. Qalan hərbçilər isə İraq təhlükəsizlik qüvvələrinə İŞİD qruplaşmasının sonuncu qaynar nöqtələrini aradan qaldırmağa kömək edəcək.

Makkenzinin sözlərinə görə, yaxın günlərdə əfqanıstanla da bağlı bəyanat veriləcək.