- Dünyanın halı
- 12 Sentyabr 2020 21:05
- 3 354
Ermənistanda alkoqoldan ölənlərin sayı 21-ə çatdı

Bu barədə məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb
Ermənistanda alkoqol zəhərlənməsindən daha bir nəfər ölüb.
AzNews.az xəbər verir ki, bu barədə məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.
Məlumata görə, avqustun 31-dən sentyabrın 12-dək ölkədə alkoqoldan 46 zəhərlənmə faktı qeydə alınıb. Onlardan 21-i ölüb, 25 nəfəri müalicə alaraq xəstəxanadan evə buraxılıb.
Xatırladaq ki, avqustun 31-dən paytaxt Yerevan, eləcə də Armavir və Kotaykda saxta spirtli içkidən zəhərlənmələr qeydə alınır. Hadisələrlə bağlı artıq həbslər də başlayıb.