İraqda İŞİD rəhbərlərindən biri yaxalandı

O, ölkədə terror aktları hazırlayırmış

İraqın təhlükəsizlik orqanlarının əməkdaşları ölkədə planlaşdırılan terror aktlarının qarşısını alıblar və paytaxt Bağdadda İŞİD terror qruplaşmasının rəhbərlərindən birini yaxalayıblar.

AzNews.az xəbər verir ki, bu barədə “Al-Sumaria” telekanalı İraqın təhlükəsizlik orqanlarının mətbuat xidmətinə istinadən xəbər verir.

Qeyd edilir ki, Milli Təhlükəsizlik İdarəsinin Bağdad bölməsinin əməkdaşları pusqu təşkil edərək, İŞİD-in İraq üzrə başçılarından birini saxlayıblar. O, ölkədə terror aktları hazırlayırmış.