Hadisə yerinə axtarış-xilasetmə qrupu yollanıb. İnsidentin səbəbi aydınlaşdırılır Hadisə yerinə axtarış-xilasetmə qrupu yollanıb. İnsidentin səbəbi aydınlaşdırılır

Ukraynada hərbi təyyarə düşdü, 22 nəfər öldü - VİDEO/ YENİLƏNİB

Hadisə yerinə axtarış-xilasetmə qrupu yollanıb. İnsidentin səbəbi aydınlaşdırılır

Ukraynanın Xarkov vilayətinin Çuquyev rayonu yaxınlığında AN-26 hərbi təyyarəsi qəzaya uğrayıb.

AzNews.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, Hərbi hava Qüvvələrinin Xarkov Universitetinin kursantlarının olduğu təyyarə 2 kilometr uçduqdan sonra düşüb. Rostov şossesi yaxınlığına düşən təyyarənin hansı istiqamətdə uçması hələlik bilinmir.

Qəza zamanı ölənlərin və yaralananların olduğu bildirilir. Hadisə yerinə axtarış-xilasetmə qrupu yollanıb. İnsidentin səbəbi aydınlaşdırılır.

***

Ukrayna Daxili İşlər Nazirliyinin məlumatına görə, təyyarənin göyərtəsində 23 nəfər olub. Onlardan 5-i heyət üzvü, 18-i kursantdır. Göyərtədəkilərdən 20-si ölüb, 2-nin vəziyyəti ağırdır.

***

Ukrayna DİN qəza ilə bağlı daha bir məlumat yayıb. Bildirilir ki, göyərtədə 28 nəfər olub. onlardan 7-si heyət üzvü, 21-i kursantdır.

***

Xarkov vilayətinin regional dövlət administrasiyasının rəhbəri Aleksey Kuçer qəza zamanı 22 nəfərin öldüyünü, 2 nəfərin yaralandığını, 4 nəfərin isə taleyinin naməlum olduğunu bildirib.