2019-cu ilin aprelində Sanasaryan cinayət korrupsiya işində şübhəli olaraq mühakimə olunmuşdu 2019-cu ilin aprelində Sanasaryan cinayət korrupsiya işində şübhəli olaraq mühakimə olunmuşdu

Paşinyan çarəsizlikdən yeni kadrlar gətirir

2019-cu ilin aprelində Sanasaryan cinayət korrupsiya işində şübhəli olaraq mühakimə olunmuşdu

Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı gedən hərbi əməliyyatlarda uduzan Ermənistan rəhbərliyi ölkənin güc strukturlarında dəyişiklik etmək qərarına gəlib.

AzNews.az-ın məlumatına görə, Baş nazir Nikol Paşinyan deputat Tiqran Ulihanyanı Respublika Nəzarət Xidmətinin rəhbərinə yeni müavin təyin edib.

Qeyd olunub ki, Nəzarət Xidmətinin rəhbəri David Sanasaryan bu vəzifəyə üzvü olduğu “Məxməri inqilab”dan dərhal sonra-2018-ci ilin mayında təyin olunmuşdu. 2019-cu ilin aprelində Sanasaryan cinayət korrupsiya işində şübhəli olaraq mühakimə olunmuşdu.

“Beləliklə, de-fakto Ulihanyan bu mühüm dövlət qurumunun rəhbəri kimi çıxış edəcək”, - deyə məlumatda vurğulanıb.