Ermənistanda koronavirusdan rekord sayda ölüm qeydə alındı

1 121 nəfər

Ermənistanda koronavirusa yoluxanların sayı 68 530 nəfərə çatıb.

Erməni KİV-lərinin yaydığı məlumata görə, son sutka ərzində 1 836 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, daha 20 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 1 121 nəfər koronavirusdan ölüb, 17 869 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.

AzNews.az