Oktyabrın 28-də qəbul edilmiş tədbirlər qüvvədə qalmaqda davam edir Oktyabrın 28-də qəbul edilmiş tədbirlər qüvvədə qalmaqda davam edir

Almaniyada karantin rejimi uzadıldı

Oktyabrın 28-də qəbul edilmiş tədbirlər qüvvədə qalmaqda davam edir

Almaniyada karantin rejimi bu ilin sonunadək uzadılıb.

AzNews.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Almaniya Kansleri Angela Merkel 16 federal torpaq başçısı ilə danışıqların yekunlarına dair bildirib.

“Oktyabrın 28-də qəbul edilmiş tədbirlər qüvvədə qalmaqda davam edir. Hələ ki, dekabrın 20-dək”, - o deyib.

“Ancaq biz razılaşırıq ki, yüksək yoluxma sayı səbəbindən bunu yanvar ayının əvvəlinə qədər də saxlamalı olacağıq”, - deyə Merkel əlavə edib.

Onun sözlərinə görə, Milad bayramı tətilində yumşalma etmək nəzərdə tutulur.