- Dünyanın halı
- 28 Noyabr 2020 11:23
- 2 258
Ukraynada rekord yoluxma
Rekord artımdan sonra ümumilikdə yoluxma sayı 693 min 407-yə yüksəlib
Ukraynada bu günədək ən çox koronavirusa yoluxma faktı qeydə alınıb.
AzNews.az xəbər verir ki, son 24 saatda ölkə ərazisində 16 min 218 nəfərdə “COVID-19” aşkarlanıb, 192 nəfər ölüb.
Rekord artımdan sonra ümumilikdə yoluxma sayı 693 min 407-yə yüksəlib.
Qeyd edək ki, Ukraynada 14 noyabrdan etibarən sərt karantin rejimi tətbiq edilir. “Həftəsonu karantini” çərçivəsində aptek və marketlər istisna olmaqla bütün obyektlər fəaliyyətini dayandırıb.
Restoran və kafelər həftəiçi saat 07:00-dan 22:00-dək işləyir.