Serbiya və Monteneqro bir-birlərinin səfirlərini ərazilərindən çıxarır

Bu barədə Serbiya xarici siyasət idarəsinin saytında yerləşdirilmiş xəbərdə deyilir

Serbiya Xarici İşlər Nazirliyi rəsmi Podqoritsanın analoji hərəkətlərinə cavab olaraq Monteneqronun ərazisindəki səfiri Tarzana Miloşeviçi geri göndərir.

AzNews.az xəbər verir ki, bu barədə Serbiya xarici siyasət idarəsinin saytında yerləşdirilmiş xəbərdə deyilir.

"Vyana konvensiyasının diplomatik əlaqələrlə bağlı 9-cu bəndinə əsasən Xarici İşlər Nazirliyi Monteneqronun Serbiya Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Tarzan Miloşeviçi "persona non-qrata" (arzuolunmaz şəxs-red) elan etməyə qərar verdi və ondan 72 saat ərzində Serbiya Respublikasını tərk etməyi xahiş etdi", - xəbərdə deyilir.

Nazirlikdə vurğulayıblar ki, bu qərar serb səfiri Vladimir Bojoviçin Monteneqrodan geri göndərilməsinə cavab olaraq qəbul edilib.

Daha əvvəl Monteneqronun Xarici İşlər Nazirliyi Podqoritsadakı serb səfiri Vladimir Bojoviçi "persona non-qrata" elan edib. Monteneqronun Xarici İşlər Nazirliyi diplomatdan respublikanı tərk etməyə tələb edib. Qərar Monteneqronun daxili işlərinə uzun müddətli müdaxilə, həmçinin diplomatik işə uyğun olmayan bəyanatlarla əsaslandırılıb.