Bu barədə ABŞ-ın Rusiya Federasiyasındakı səfirliyinin mətbuat attaşesi Rebekka Ross tvitterdə yazıb Bu barədə ABŞ-ın Rusiya Federasiyasındakı səfirliyinin mətbuat attaşesi Rebekka Ross tvitterdə yazıb

ABŞ səfiri Rusiya peyvəndindən imtina etdi

Bu barədə ABŞ-ın Rusiya Federasiyasındakı səfirliyinin mətbuat attaşesi Rebekka Ross tvitterdə yazıb

ABŞ-ın Moskvadakı səfiri Con Sallivan Rusiya Xarici İşlər Nazirliyinə Rusiyada koronavirusa qarşı hazırlanmış “Sputnik V” vaksini ilə peyvənd olmaq tövsiyəsinə görə minnətdardır, lakin onu yerinə yetirməyəcək.

AzNews.az xəbər berir ki, bu barədə ABŞ-ın Rusiya Federasiyasındakı səfirliyinin mətbuat attaşesi Rebekka Ross tvitterdə yazıb.

“Səfir Sallivan peyvənd təklifinə görə Rusiya Xarici İşlər Nazirliyinə təşəkkür edir, lakin Rusiya vətəndaşı üçün nəzərdə tutulan “Sputnik V” dozasını qəbul etmək istəmir”, - deyə Rebekka Ross yazıb.