- Dünyanın halı
- 30 Dekabr 2020 21:36
- 3 991
Bu ölkədə koronavirusdan ilk ölüm hadisəsi baş verdi
.jpg)
Bu barədə ölkənin Səhiyyə nazirliyi məlumat yayıb
Monqolustanda COVİD-19-dan ilk ölüm halı qeydə alınıb.
AzNews.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə nazirliyi məlumat yayıb.
Ölən şəxs 76 yaşlı qadındır. O, paytaxt Ulan-Batorda tibbi yardım alırmış. Pasiyent eyni zamanda diabet, hipertoniya və xroniki Hepatit C xəstəliklərindən də əziyyət çəkirmiş.
Qeyd edək ki, Monqolusda ümumilikdə 1 195 nəfər koronavirusa yoluxub, onlardan 824-ü sağalıb.