Dünyanın ən böyük peyvənd kampaniyası başladı

Hindistan daha əvvəl özünün istehsal etdiyi iki koronavirus peyvəndinin istifadəsini təsdiqləyib

Hindistan Baş naziri Narendra Modi COVID-19-a qarşı peyvəndləmə kampaniyasının başladıldığını bəyan edib.

AzNews.az bildirir ki, bu barədə o, “Twitter” hesabında yazıb:

“Hindistan dünyanın ən böyük peyvənd kampaniyasına başlayır”.

İlk mərhələdə peyvənd ediləcək 30 milyon vətəndaşa tibb işçiləri, polis, hərbi və mülki müdafiə rəsmiləri daxildir.

Qeyd edək ki,10 543 659 yoluxma ilə dünyada ikinci olan Hindistan daha əvvəl özünün istehsal etdiyi iki koronavirus peyvəndinin istifadəsini təsdiqləyib.