Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib

Dünyada son sutkada 300 mindən çox yoluxma

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib

Dünyada son bir gündə koronavirusa 312 mindən çox yoluxma qeydə alınıb.

AzNews.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.

Son məlumata əsasən bir gün ərzində infeksiyaya yoluxma ilə bağlı 312 202 hal qeydə alınıb, COVID-19-dan 8 316 pasiyent ölüb. Beləliklə, dünyada COVID-19-a yoluxma hallarının ümumi sayı 94 124 612, ölüm hallarının sayı 2 034 527 təşkil edir.

Təhlükəli virusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə 23 556 676 nəfər virusa yoluxub. Daha sonra Hindistan (10 581 837), Braziliya (8 488 099), Rusiya (3 612 800), Böyük Britaniya (3 433 498), Fransa (2 866 665), İtaliya (2 390 102), İspaniya (2 211 967), Almaniya (2 052 028), Kolumbiya (1 908 413), Argentina (1 799 243) və Meksika (1 641 428) gəlir.