Bu barədə ölkə rəhbəri İvan Duke Markes bildirib Bu barədə ölkə rəhbəri İvan Duke Markes bildirib

Kolumbiyanın müdafiə naziri koronavirusdan vəfat etdi

Bu barədə ölkə rəhbəri İvan Duke Markes bildirib

Kolumbiyanın müdafiə naziri Karlos Holms Troxilo koronavirusdan vəfat edib.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkə rəhbəri İvan Duke Markes bildirib.

“Vaxtsız bir ölüm oldu, Troxilo mənim dostum, ortağım, iş yoldaşım və nazirim idi”, - deyə Markes qeyd edib.

Nazirin 12 yanvarda koronavirusdan verdiyi testin nəticəsi pozitiv çıxıb və bu müddət ərzində xəstəxanada müalicə alıb.

Qeyd edək ki, Kolumbiyada bu günə qədər 2 milyondan çox insan koronavirusa yoluxub, 51,747 nəfər isə həyatını itirib.