Şahzadə Çarlz yeni Edinburq hersoqu oldu

Bu titullar mirasdır və Əlahəzrətin vəfatından sonra onun böyük oğluna, Əlahəzrət Uels Şahzadəsinə keçəcək

Böyük Britaniya Kraliçası II Elizabetin həyat yoldaşı Şahzadə Filipin vəfatından sonra onun digər titulları kimi Edinburq hersoqu titulu da avtomatik olaraq böyük oğlu Çarlza keçib.

Bu barədə Britaniyanın Heraldika palatasının açıqlamasında deyilir.

“Bu titullar mirasdır və Əlahəzrətin vəfatından sonra onun böyük oğluna, Əlahəzrət Uels Şahzadəsinə keçəcək. Eyni zamanda, Uels Şahzadəsi və ya titulun digər daşıyıcısı kral olarsa, o zaman mərhum Şahzadə Filipdən miras qalmış titullar taca ötürüləcək (yəni daha mövcud olmayacaqlar)”, - deyə açıqlamada bildirilib.

Şahzadə Çarlz kral olacağı halda, Edinburq hersoqu titulu itirilməyəcək, əksinə, kiçik qardaşı Şahzadə Edvarda veriləcək. 1999-cu ildə Edvard evlənərkən (kraliça o zaman ona Esseks qrafı titulu vermişdi) atası və böyük qardaşı onun bir gün Edinburq hersoqu olacağına razılıq vermişlər, ancaq bu, Şahzadə Filipin və Kraliçanın ölümündən sonra baş verəcək.

Şahzadə Filip və Kraliça II Elizabetin dörd övladı var: taxtın varisi Şahzadə Çarlz, Şahzadə Endryu, Şahzadə Anna və Şahzadə Edvard. (APA)