Cibuti 1977-ci ildə Fransa müstəmləkəsi olmaqdan çıxaraq müstəqillik qazanıb Cibuti 1977-ci ildə Fransa müstəmləkəsi olmaqdan çıxaraq müstəqillik qazanıb

İsmayıl Ömər Qulleh yenidən Cibuti prezidenti seçilib

Cibuti 1977-ci ildə Fransa müstəmləkəsi olmaqdan çıxaraq müstəqillik qazanıb

Cibuti Respublikasının hazırkı prezidenti İsmayıl Ömər Qulleh növbəti dəfə dövlət başçısı seçilib.

“Report” “Al Arabiya”ya istinadən xəbər verir ki, daxili işlər naziri Mömin Əhməd Şeyx ötən gün axşam ölkə rəhbərinin səslərin 98,58 faizini, yəni 167 535 səs qazandığını, nəticələrin Konstitusiya Şurası tərəfindən açıqlanacağını bildirib.

Seçkilərdə yeganə alternativ müstəqil namizəd Zəkəriyyə İsmayıl Fərəh daha əvvəl təhlükəsizliyinə zəmanət olmadığını əsas gətirərək seçki kampaniyasını dayandırmış, etirazını bildirmək üçün insanlar arasına ağzı lentlə bağlanmış vəziyyətdə çıxıb.

Digər müxalifət qüvvələri seçkiləri boykot edib. Ölkə üzrə seçki məntəqələri polis tərəfindən mühasirəyə alınmışdı.

Qeyd edək ki, hazırda 73 yaşında olan Qulleh 1999-cu ildə respublikanın ilk prezidenti Həsən Guled Aptidon vəfat etdiyindən sonra hakimiyyətə gəlmişdi. Ölkə Konstitusiyası prezident səlahiyyətləri üçün 75 yaş məhdudiyyətini qoyub.

Cibuti 1977-ci ildə Fransa müstəmləkəsi olmaqdan çıxaraq müstəqillik qazanıb.