- Dünyanın halı
- 18 Aprel 2021 16:02
- 4 388
İŞİD Kərkükü yenə qana boyadı
Dakuk rayonu ətrafında terrorçuluğa qarşı əməliyyat keçirilir
İŞİD terrorçuları İraqın Dakuk rayonu (Kərkük şəhəri, İraqın şimalı) yaxınlıqda ölkə ordusunun müşahidə məntəqəsini minaatanlarla atəşə məruz qoyublar.
Bu barədə Kərkük Polis İdarəsinin mətbuat katibi Əmir Nuri "Anadolu" agentliyinə bildirib.
O, qeyd edib ki, atəş nəticəsində bir hərbi qulluqçu həlak olub, daha beş nəfər yaralanıb.
Əmir Nurinin sözlərinə görə, hazırda Dakuk rayonu ətrafında terrorçuluğa qarşı əməliyyat keçirilir./Report