"Slovakiyanın bu ağır jestini və mövqeyini çox qiymətləndiririk” "Slovakiyanın bu ağır jestini və mövqeyini çox qiymətləndiririk”

Babiş rus diplomatlarının ölkədən çıxarılmasına görə Slovakiyaya təşəkkür edib

"Slovakiyanın bu ağır jestini və mövqeyini çox qiymətləndiririk”

“Slovakiyanın Baş naziri Eduard Heger mənə üç rus diplomatın respublikadan çıxarılacağı barədə məlumat verdi, bu dəstək jestinə görə rəsmi Bratislavaya təşəkkür edirik.”

RİA Novosti xəbər verir ki, bu barədə Çexiyanın Baş naziri Andrey Babiş “Twitter” hesabında yazıb.

“Çox sağol! Slovakiyanın bu ağır jestini və mövqeyini çox qiymətləndiririk”, deyə A.Babiş vurğulayıb.

Qeyd edək ki, Slovakiya hakimiyyəti bu gün üç Rusiya diplomatını “persona non-qrata” elan edib. Rus diplomatlara ölkəni tərk etmələri üçün 1 həftə vaxt verilib.

Aznews.az