Quterreş: "Əlimizdən gələn hər şeyi etməkdə qərarlıyıq" Quterreş: "Əlimizdən gələn hər şeyi etməkdə qərarlıyıq"

BMT-nin Baş katibindən Kipr açıqlaması

Quterreş: "Əlimizdən gələn hər şeyi etməkdə qərarlıyıq"

"Kipr problemin həlli üzrə rəsmi danışıqlara başlamaq üçün hələlik ortaq mövqe yoxdur"

AzNews.az xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Şimali Kipr Türk Respublikası və Rum İcması başda olmaqla zamin ölkələr Türkiyə, Yunanıstan, İngiltərə və Birləşmiş Millətlər Təşkilatının (BM) iştirakı ilə İsveçrədə 5 + 1 formatında Kipr mövzusunda keçirilən konfransda deyib.

O, məsələnin həlli prosesini sürətləndirmək üçün 2-3 aydan sonra eyni formatda daha bir görüş keçirəcəyini qeyd edib.

"Bu dialoqu davam etdirmək üçün əlimizdən gələn hər şeyi etməkdə qərarlıyıq", - deyə A.Quterreş bildirib.

Pərvanə