48 nəfərin seçkilərdə iştirakına icazə verilməyib 48 nəfərin seçkilərdə iştirakına icazə verilməyib

Seçkilərdə Bəşər Əsədə iki rəqib

48 nəfərin seçkilərdə iştirakına icazə verilməyib

Suriyanın Ali Konstitusiya Məhkəməsi 26 mayda keçiriləcək prezident seçkilərinə qatılmaq istəyən iki yeni namizədin müraciətini təsdiqləyib.

AzNews.az xəbər verir ki, namizəd olmaq istəyən 48 nəfərin ərizəsi isə tələblərə riayət etmədiyi üçün qeydə alınmayıb.

Seçkilərdə iştirakına icazə verilən ilk namizəd Abdalla Sallum Abdalla 2016-2020-ci illərdə nazir olaraq fəaliyyət göstərib.

Namizədliyinə yaşıl işıq yandırılan digər şəxs isə Mahmud Mareydir. O, hökumət tərəfindən dəstəklənən müxalifət hərəkatının üzvüdür.

Pərvanə